Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Donald Tusk Azərbaycanı azərbaycanca təriflədi

9-07-2019, 18:15 Baxış: 46
Donald Tusk Azərbaycanı azərbaycanca təriflədi
Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk öz Tvitter hesabında Bakıya gəlişi və burada Prezident İlham Əliyevlə görüşünü əks etdirən foto və azərbaycanca mətn paylaşıb.
O, Azərbaycanın təkrarolunmaz ölkə olduğunu qeyd edib:
"Azərbaycan adət-ənənələri və müasirliyi özündə cəmləşdirən, şərqi və qərbi əks etdirən təkrarolunmaz bir ölkədir.
İldən-ilə Aİ və Azərbaycan bir-birinə daha da yaxınlaşırlar.
Bu gün mən Aİ-nin əməkdaşlığımızı daha da dərinləşdirməyə hazır olduğunu bir daha vurğuladım”.