Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Ərdoğan AKP-dən istefa verən Babacanla bağlı ilginc açıqlamalar verdi - “Onlardan inciməyim, kimdən inciyim?”

10-07-2019, 12:12 Baxış: 8
Ərdoğan AKP-dən istefa verən Babacanla bağlı ilginc açıqlamalar verdi - “Onlardan inciməyim, kimdən inciyim?”
"Əli bəy bir müddət əvvəl bizimlə görüşdə partiyadan istefa verəcəyini bildirdi.
Mən o vaxt da ona dedim ki, bax, Əli bəy əgər partiyanın idarəçiliyi ilə əlaqədar problemlərlə rastlaşmısansa və bu problemlərin həlli yolları ilə bağlı fikirlərin varsa bunu mənimlə bölüş. Lakin o artıq özünü partiyaya aid hiss etmədiyini bildirdi”.
Bunu jurnalistlərlə söhbətində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qurucularından biri olan Əli Babacanın partiyadan istefa verməsinə münasibət bildirərkən deyib.
"Əli bəyə mən dəfələlərlə müxtəlif vəzifələr təklif etmişəm. Ən son dedim gəl müşavirim ol, razılaşmadı.
Özbəksitan prezidenti dövlət idarəçiliyində təcrübəli bir mütəxəssis axtarırdı, bizə müraciət etdi.
Əli bəyə təklif etdim, yenə razılaşmadı. İndi partiyadan istefa verib, yeni partiya yaratmaq istəyir, nə deyim, xeyirlisi olsun”. Ərdoğan siyasi kariyelarına birgə başlayan və AKP-nin qurulmasında iştirak edən, dövlət idarəçiliyində yüksək mövqelərdə çalışmış köhnə dostları Əli Babacan, Əhməd Davudoğlu, Abdullah Gül və digərlərinin artıq ona müxalif mövqedən çıxış etməsindən incidiyini də bildirib:
"Təbii ki, onlardan incimişəm, onlardan inciməyim kimdən inciyim?!”