Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Rusiya Gürcüstanda media şəbəkəsi qurub

10-07-2019, 14:32 Baxış: 13
Rusiya Gürcüstanda media şəbəkəsi qurub Gürcüstanda antiqərb təbliğatı güclənir.
Bu iddia ilə Media İnkişaf Fondu (MDF) Gürcüstanla bağlı apardığı tədqiqatdan sonra çıxış edib.
Məlumata görə, keçən illərlə müqayisədə antiqərb ritorikası həddən artıq artıb, yalan informasiyalardan təbliğat məqsədilə istifadə halları genişlənib. Fond həmçinin mediada antiqərb dezinformasiyaları yayan yeni onlayn platformaların yaradıldığını bildirib.
Digər tərəfdən isə Gürcüstan hökumətinin bu məsələlərə gecikmiş reaksiya verdiyi və cəmiyyəti lazımi şəkildə məlumatlandırmadığı qeyd olunub. 2018-ci ildə Amerika ilə bərabər, identikliyin itkisi təhdidi ilə bağlı məlumatlar da artıb. Eyni tendensiya NATO, Qərb və Britaniya ilə bağlı da müşahidə olunub. Sorosun təşkilatına qarşı məlumatlar isə keçən illərdəki olduğu kimidir. Maraqlısı odur ki, Sorosla bağlı bu məlumatlar 2016-cı ildəki göstəriciləri qəfildən üstələyib. Fond Qərbin şeytanlaşdırılmasına alternativ olaraq Rusiyanın konstruktiv tərəf, Qərbə alternativ kimi təqdim edildiyini vurğulayıb. Bununla belə mətbuatda konfliktin daha çox Rusiya və Gürcüstan deyil, ABŞ və Rusiya arasında getdiyi, Gürcüstanın maraqlarının isə bunun qurbanı olduğuna işarələr var. MDF Gürcüstanda antiqərb təbliğatına daha çox Obyektiv TV, "Geworld.ge”, "Asaval-Dasavali”, "Aliya” qəzetlərində, "Sakinform” saytında yer verildiyini bildirib.
Maraqlı məqam odur ki, siyahıda yer alan ilk qəzetin naşiri Rusiya Prezidenti Vladimir Putin tərəfindən mükafatlandırılıb.
Obyektiv TV-yə gəlincə isə bunun rusiyayönlü Vətənpərvərlər Alyansı Partiyasına aid olduğu iddia olunub.