Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Zahid Orucun rəhbərlik etdiyi mərkəz mətbuat xidmətlərinin işini yoxlamağa başladı

11-07-2019, 10:30 Baxış: 277
Zahid Orucun rəhbərlik etdiyi mərkəz mətbuat xidmətlərinin işini yoxlamağa başladı
Deputat Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzi hökumət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətinin qiymətləndirilməsinə dair sorğu keçirir.
Altaba.az xəbər verir ki, sorğuda dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətinə dair jurnalistlərin və digər maraqlı tərəflərin fikirləri müxtəlif istiqamətlər üzrə öyrənilir. Qeyd edək ki, hökumət qurumlarının saytlarında informasiya hansı tezliklə yenilənməsi, mətbuat xidmətlərinin fəaliyyətinin qiymətləndirilməsi, lazım olan informasiyanın qurumlardan nə dərəcədə rahatlıqla tapıla bilməsi kimi bir sıra suallar sorğuda öz əksini tapıb.Sorğunun sualları aşağıdakılardan ibarətdir.
 
Sizcə, hökumət qurumlarının saytlarında informasiya hansı tezliklə yenilənir?

Sizə lazım olan informasiyanı hansı qurumlardan nə dərəcədə rahatlıqla tapa bilirsiniz?
 
Hökümət qurumlarının mətbuat xidmətlərinə hansı tezliklə müraciət edirsiniz?
 
Əsasən, hansı hökumət qurumlarının mətbuat xidmətlərinin məlumatlarından istifadə edirsiniz? (Bir neçə cavab seçilə bilər)
 
Öz təcrübənizdən çıxış edərək, aşağıdakı meyarlar üzrə hökumət qurumlarının mətbuat xidmətlərini qiymətləndirin - ən operativ, ən çevik və informasiyanın şəffaflığına görə 3 ən şəffaf qurum.
 
"Dövlət qurumu öz fəaliyyəti barədə vətəndaşların şikayət və təkliflərini sosial şəbəkələri izləyərək rahatlıqla öyrənə bilər”.
 Bu fikirlə nə dərəcədə razısınız?
 
Hökumət qurumlarının mətbuat xidmətlərinin sosial şəbəkələrdən istifadəsini aşağıdakı meyarlar üzrə qiymətləndirin.
 
Sizcə, aşağıdakı hökumət qurumlarının mətbuat xidmətləri vətəndaşların informasiyaya dair sorğularına, müraciətlərinə və ya şikayətlərinə nə dərəcədə tezliklə reaksiya verir?
 
Sizcə, hansı qurumların mətbuat xidmətləri qurumun fəaliyyəti barədə ictimaiyyəti kifayət qədər məlumatlandıra bilmir?
 
Son 1 ildə cəhd etdiyiniz, ancaq mətbuat xidmətindən heç faydalana bilmədiyiniz qurumlar hansılardır?
 
Mətbuat xidmətlərinin daha səmərəli fəaliyyət göstərmələri üçün nə təklif edərdiniz? Hansı mətbuat qurumu/agentliyində çalışırsınız?
 
 
Aşağıdakı linkə daxil olub sorğuda iştirak edə bilərsiniz: