Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Rusiyada “Şimal” İES-də yanğın: 1 ölü, 13 yaralı - Video

11-07-2019, 17:55 Baxış: 176
Rusiyada “Şimal” İES-də yanğın: 1 ölü, 13 yaralı  -  Video
Rusiyanın "Şimal" İstilik Elektrik Stansiyasında yanğın baş verib.
Bu barədə TASS informasiya yayıb. Məlumata görə, Mıtişi şəhərində yerləşən stansiyadakı yanğının söndürülməsi üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin çox sayda texnikası və şəxsi heyəti cəlb olunub.
Hadisə şahidləri ərazidən partlayış səsləri eşidildiyini qeyd edib.
 
***
Mıtişa İstilik Elektrik Mərkəzindəki yanğın nəticəsində 7 nəfər xəsarət alıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
 
***
RİA-nın məlumatına görə, yanğın nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.
Ölən şəxsin İES-də gözətçi işləyən qadın olduğu bildirilir. Rusiya Fövqəladə Hallar nazirinin müavini İlya Denisov yanğının stansiyaya məxsus qaz borusundan sızma nəticəsində meydana gəldiyini bildirib.
Yanğın lokallaşdırılıb, ocaqların tam söndürülməsi üçün tədbirlər davam etdirilir.