Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Tramp FED-in siyasətinin əleyhinə çıxaraq ABŞ iqtisadiyyatını uğurlu adlandırıb

Tramp FED-in siyasətinin əleyhinə çıxaraq ABŞ iqtisadiyyatını uğurlu adlandırıb
ABŞ prezidenti Donald Tramp bildirib ki, onun ölkəsi Federal Ehtiyat Sisteminin (FED) başçısı Cerom Pauell tərəfindən həyata keçirilən siyasətin əksinə olaraq böyük iqtisadi uğurlar əldə edir.
"Biz Federal Rezerv Sisteminin faiz dərəcələri və miqdar kəskinləşməsi proqramı ilə bağlı köhnəlmiş siyasətinə baxmayaraq, iqtisadi planın öhdəsindən bir nömrəli ölkə kimi gəlirik", - deyə o, "Twitter"-də yazıb.
"Bizim inkişaf etmək imkanımız var", - deyə ABŞ prezidenti əlavə edib.
Daha əvvəl ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüşüb.