Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Kral Yeni Zelandiyada terror hücumu qurbanlarının ailələrini həcc ziyarətinə dəvət edib

18-07-2019, 09:53 Baxış: 24
Kral Yeni Zelandiyada terror hücumu qurbanlarının ailələrini həcc ziyarətinə dəvət edibSəudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud Yeni Zelandiyadan 200 zəvvarın krallığın hesabına həcc ziyarətinə dəvət edilməsi barədə fərman imzalayıb.
Yerli KİV-lər xəbər verir ki, həcc ziyarətinə Yeni Zelandiyanın Kraystçerç məscidlərində törədilmiş terror hücumu qurbanlarının ailə üzvləri dəvət olunub.
Krallığın İslam İşləri üzrə naziri Əbdüllətif bin Əbdüləziz Al Aşşeyx bildirib ki, nazirlik zəvvarlar qrupunun siyahısını Səudiyyə Ərəbistanının Yeni Zelandiyadakı səfirliyi vasitəsilə tərtib edir.
Adətən Yeni Zelandiya müsəlmanları həcc ziyarətini həyata keçirmək üçün 15 min dollara yaxın pul ödəyirlər, lakin terror hücumu qurbanlarının ailələri üçün bu ziyarət pulsuz olacaq.
Həccə, həmçinin ən-Nur məscidində terror hücumu zamanı 9 güllə alan, lakin sağ qalan Temel Atakoglu dəvət olunub.