Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Sumqayıtda polis leytenantı özünü güllələdi

19-07-2019, 12:18 Baxış: 66
Sumqayıtda polis leytenantı özünü güllələdi
Sumqayıt şəhərində polis əməkdaşının güllələnmiş halda meyitinin tapılması hadisəsi ilə bağı cinayət işi açılıb.
 Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin 1995-ci il təvəllüdlü cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Rəhman Hüseynlinin xidməti otağında ölmüş vəziyyətdə aşkar olunması hadisəsi ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə ötən gün baş verib və 19:40 radələrində Rəhman Hüseynlinin meyiti xidməti otağında aşkarlanıb.
Polis zabitinin ehtiyatsızlıqdan özünə atəş açdığı ehtimal edilsə də, intiharı da istisna edilmir.