Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev BAMF-ni ziyarət edib

26-07-2019, 17:53 Baxış: 66
BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev BAMF-ni ziyarət edib
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisini ziyarət edib və Fondun prezidenti Umud Mirzəyevlə görüşüb.
Görüşün məqsədi iki qurumun fəaliyyəti ilə daha yaxından tanış olmaq və müxtəlif istiqamətlərdə uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulması olub.
Umud Mirzəyev qonağa qurumun əsas fəaliyyət istiqamətləri, milli və qlobal səviyyədə həyata keçirilən bir sıra layihələri, habelə BAMF-in himayəsi altında fəaliyyət göstərən Eurasia Diary informasiya portalı, Eurasia Production və Eurasia Press-i birləşdirən Eurasia Media Network-ün fəaliyyəti barədə söz açıb.
Fərid Şəfiyev isə öz növbəsində, dünyada və regionda baş verən proseslərin təhlili, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə fundamental tədqiqatların aparılması ilə məşğul olan yeni yaradılmış Mərkəzin fəaliyyəti barədə məlumat verib.
O, həmçinin mərkəzin bir sıra aktual mövzularda seminarlar təşkil etdiyini qeyd edib. Tərəflər cəmiyyətin inkişafı naminə birgə layihələr üzərində işləmək barədə razılığa gəldilər.