Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Rusların 43 faizi Putinə etibar edir: sorğu:

30-07-2019, 11:54 Baxış: 30
Rusların 43 faizi Putinə etibar edir: sorğu:
"Levada Mərkəzi”nin apardığı sorğunun nəticələrinə əsasən, 38 faiz rusiyalı Vladimir Putinin 2024-cü ildə səlahiyyət müddəti bitdikdən sonra yenidən prezident seçilməsini istəmir.
Bu barədə "Forbes” jurnalı məlumat yayıb.
Sorğu nəticəsində məlum olub ki, Putinin Rusiyanın problemlərini həll etmək qabiliyyətinə arxayın olanların sayı 2001-ci ildən bəri minimum səviyyəyə düşüb. Sosioloqların fikrincə, pensiya islahatlarından sonra prezident tənqidçilər üçün toxunulmazlığını itirib. Son bir ildə Putini yenidən prezident görmək istəməyənlərin sayı 11 faiz artıb.
Lakin 38 faiz rekord deyil.
Putinin yenidən prezident olmasını istəməyənlər 2017-ci ilin avqust ayında 67 faiz idi. 43 faiz respondent isə postda başqa layiqli namizəd görmədiyi üçün Putinə etibar edir. Sorğuda "insanlar ümid edirlər ki, Putin gələcək illərdə ölkənin problemlərinin öhdəsindən gələ biləcək” sualına cavab son 19 ilin ən az populyar cavabı olub. Belə ki, 24 faiz respondent buna ümid edib.
2016-ci ildə isə bu rəqəm 39 faiz olub.