Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

TRAMPIN ÇİN İLƏ BAĞLI YENİ AÇIQLAMASI VƏ DANIŞIQLAR

31-07-2019, 16:27 Baxış: 25
TRAMPIN ÇİN İLƏ BAĞLI YENİ AÇIQLAMASI VƏ DANIŞIQLAR
Beynəlxalq maliyyə bazarlarında ABŞ prezidenti Donald Tramp Çin ilə yaxın zamanda razılaşmanın əldə ediləcəyinə dair ümidləri dağıdıb.
ABŞ prezidenti Donald Tramp tvitter hesabında Çinin Amerikanın kənd təsərrüfatı məhsullarını almağa başlaması ilə bağlı məlumatların olmadığını yazıb. Çinin hökümət nümayəndələri təsərrüfat məhsullarının alışı ilə rəsmi razılaşmadıqlarına baxmayaraq, bazar ertəsi Çin mediayası Amerikadan milyonlarla ton soyanın Çinə idxal olunduğunu paylaşıb.
Bununla yanaşı, çinli şirkətlər ABŞ-dan əlavə kənd məhsalları almaq üçün də danışıqlar aparır.
Qeyd etmək lazımdır ki, hazırda Şanxayda Amerikanın maliyyə naziri və ticarət müşaviri ilə Çinin baş nazir müavininin başçılıq etdikləri nümayəndə heyətləri arasında görüşlər davam edir. Bundan sonra tərəflərin danışıqları Vaşinqtonda davam etdirmələri planlaşdırılır.