Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Duqin: Bakıya təzyiq başlasa, cavabı veriləcək - Video

1-08-2019, 12:45 Baxış: 156
Duqin: Bakıya təzyiq başlasa, cavabı veriləcək - Video
Qərbin İranla bağlı təzyiqlərinə rəğmən Azərbaycan özünün əhəmiyyətini anlayaraq, müstəqil siyasət yürüdür.
Bunu "Moskva-Baku” portalına müsahibəsində rusiyalı ideoloq, filosof Aleksandr Duqin deyib.
"Bakı təslim olmur. Burada başlıcası bu kursu davam etdirmək, heç nədən qorxmamaq, beynəlxalq hüququn çərçivəsində hərəkət etməkdir.
Real siyasətçi qorxudulmanın, Qərbin psixoloji hücumunun qurbanı olmamalıdır.
Əgər hazırda Qərbin bu hücumlarına təslim olsan, eyni metodologiya sənə qarşı da istifadə olunacaq. Rəngli inqilablar, təzyiqlər və s.” - deyə o bildirib.
O, Rusiya və İran kimi, bir gün Azərbaycanın da öz üzərində Qərbin öldürücü olmayan zərbələrini hiss edə biləcəyini deyib:
"Əgər Amerika Azərbaycana təzyiq etməyə cəhd etsə, Bakı rahatlıqla amerikalılara əvəz tapa bilər.
Azərbaycanın bunun üçün hər şeyi var.
Azərbaycanın Rusiya, Çin, İran, eləcə də sizin üçün qardaş ölkə olan Türkiyə ilə münasibətləri yaxşıdır.
Bu ABŞ-dan narazı olanlar yeni qarşılıqlı fəaliyyət formatları axtarıb tapırlar. Azərbaycan öz milli maraqlarına əsaslanaraq rasional siyasəti dəstəkləyir.
Azərbaycan yaxşı bilir ki, birqütblü dünyada heç bir suveren dövlət ola bilməz. Əliyevin Rusiya-Azərbaycan-İran formatına dəstək siyasəti sadə, amma cəsarətli hesabla diktə olunur”.