Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Paşinyan iki müşavirini istefaya göndərib

15-08-2019, 18:30 Baxış: 197
Paşinyan iki müşavirini istefaya göndəribErmənistan baş naziri Nikol Paşinyan baş müşavirləri Arsen Qasparianı dərhal, Aram Qəribyanı isə sentyabrın 2-dən istefaya göndərib.
Hökumətin rəsmi saytında yerləşdirilən məlumatda belə bir addımın səbəbləri açıqlanmır. Qeyd edək ki, uzun müddət ərzində Xarici İşlər Nazirliyində Yaxın Şərqlə bağlı çalışmış A.Qasparyan 1992-1997-ci illərdə Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı Ermənistan nümayəndə heyətinin üzvü olub. Əvvəlki komandada uzun müddət təmsil olunmuş A.Qəribyan isə 2008-2011-ci illərdə baş nazir Tiqran Sarqsyanın, sonra isə "məxməri inqilab”adək Serj Sarqsyanın baş müşaviri işləyib.
Bununla yanaşı, baş nazirin köməkçisi Mher Sahakian da vəzifəsindən uzaqlaşdırılıb.