Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

İranın kosmik mərkəzində raket partlayıb

30-08-2019, 08:47 Baxış: 47
İranın kosmik mərkəzində raket partlayıb
İranda kosmik mərkəzin buraxılış meydançasında raket partlayıb.
Bu barədə "Associated Press" məlumat yayıb. Peyk görüntülərinə görə, partlayış Semnan əyalətində yerləşən kosmodromun buraxılış meydançasında baş verib. Fotoşəkillərdə raket qalıqlarını, həmçinin qara tüstüləri görmək mümkündür.
Qeyd olunub ki, İran "Nahid 1” peykinin fəzaya buraxılışı üçün hazırlıqlar görürdü. Hadisənin "Nahid 1" peyki ilə əlaqəli olub-olmadığı barədə məlumat yoxdur.