Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Tramp Kim Çen In ilə ilin sonunadək görüşməyi planlaşdırır

13-09-2019, 08:49 Baxış: 19
Tramp Kim Çen In ilə ilin sonunadək görüşməyi planlaşdırır
ABŞ Prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen In ilə ilin sonunadək görüşmək niyyətində olduğunu deyib.
O, bu fikri Ağ Evin qarşısında jurnalistlərə müsahibə verərkən söyləyib.
TASS informasiya agentliyi xəbər verir ki, Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Ortequs cümə axşamı brifinqdə ABŞ və KXDR təmsilçilərinin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüş keçirməyi planlaşdırmadıqlarını bildirib. Bununla belə vurğulayıb ki, Vaşinqton KXDR-in nüvəsizləşdirilmə barədə danışıqları sentyabrın sonunda ABŞ ilə bərpa etməyə ümid bəsləməsi haqqında bəyanatını alqışlayır. Xatırladaq ki, iyunun 30-da ABŞ və KXDR liderlərinin KXDR və Koreya Respublikasının sərhədində hərbisizləşdirilmiş ərazidə üçüncü görüşü keçirilib. Bu görüşün yekunlarına əsasən, ABŞ Prezidenti hər iki tərəfin danışıqları tezliklə işçi səviyyəsində bərpa etməyə ümid bəslədiyini söyləsə də, iki ay ərzində hər hansı görüş olmayıb. Bazar ertəsi KCNA agentliyinin dərc etdiyi rəsmi bəyanatda KXDR Xarici İşlər nazirinin birinci müavini Tsoy Son Xi bildirib ki, ölkə rəhbərliyi Koreya yarımadasının nüvəsizləşdirilməsi barədə ABŞ ilə danışıqları sentyabrın sonunda bərpa etməyə ümid bəsləyir. Donald Tramp bu xəbəri müsbət qarşılayıb.