Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

ABŞ-ın hədəfi: neft 100 dollara qalxacaq? - Korkodinov

16-09-2019, 17:32 Baxış: 21
ABŞ-ın hədəfi: neft 100 dollara qalxacaq? - Korkodinov
Amerikalı senatorun İranın neft obyektlərinə zərbə endirilməsi ilə bağlı bəyanatı neftin dünya bazarındakı qiymətinin yüksəlməsi üçün aparılan beynəlxalq oyunların bir hissəsidir.
Bu sözləri rusiyalı siyasi analitik Denis Korkodinov deyib.
Onun sözlərinə görə, Vaşinqtonun əsas məqsədi militarist ritorikanı aktivləşdirməklə "qara qızıl”ın bir barrelinin dəyərini 100 dollar və daha yuxarı qaldırmaqdır. Bu ABŞ-a Səudiyyə Ərəbistanı ətrafında süni şəkildə yaranmış gərginlikdən maksimal iqtisadi fayda qazanmağa kömək edəcək.
"Belə olan halda İrana hərbi hücum ehtimalı azdır, çünki bu beynəlxalq ictimaiyyətin bütün iştirakçıları üçün enerji böhranının yaranmasına əsas formalaşdıracaq”, - Korkodinov bildirib.