Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Səadət Yusifova: Sosial rifah dövlətinin qurulması Prezidentin yeni islahatlar kursunun strateji xəttini təşkil edir.

24-09-2019, 13:21 Baxış: 32
Səadət Yusifova: Sosial rifah dövlətinin qurulması Prezidentin yeni islahatlar kursunun strateji xəttini təşkil edir.
"Son islahatlar paketi 5 milyard həcmində olmaqla 4 milyon insanı əhatə edir.
Bu, ciddi addımdır.
İnstitsuional və sosial transformasiyanın nəticəsidir ki, Azərbaycan Prezidentinin ən sosial innovasiya layihəsi olan ASAN xidmət çox qısa müddət ərzində insanların rəğbətini qazana bildi, effektiv dövlət idarəçiliyi, məmnunluq, hesabatlılıq, şəffaflıq anlayışları ilə assosiasiya olunmağa başladı. Bu, dövlət idarəçiliyinə yenilik gətirmiş dövlət kimi Azərbaycanı dünyaya tanıtdı. Sosial rifah dövlətinin qurulması Prezidentin yeni islahatlar kursunun strateji xəttini təşkil edir. Sosial innovasiyalar insan həyatının keyfiyyətinin artırılması, qlobal tendensiyalara uyğun olaraq sosial infrastrukturun təkmilləşdirilməsi üçün yeni texnologiyalardan və biznes modellərdən istifadəni nəzərdə tutur. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur. Təsadüfi deyil ki, sosial rifah dövlətinin qurulması Prezidentin yeni islahatlar kursunun strateji xəttini təşkil edir” - bunu bu gün Sosial Tədqiqatlar Mərkəzinin "Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda keçirilən konfrans və "stm.az”saytının təqdimatında Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova deyib.