Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Prezident Administrasiyasının şöbə müdiri Səadət Yusifovanın STM-in konfransındakı çıxışı - VİDEO

26-09-2019, 18:33 Baxış: 183
Prezident Administrasiyasının şöbə müdiri Səadət Yusifovanın STM-in konfransındakı çıxışı - VİDEO
"Son sosial islahatlar paketi 5 milyard həcmində olmaqla, 4 milyon insanı əhatə edir” Bunu Sosial Tədqiqatlar Mərkəzinin təşkil etdiyi "Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfransda çıxışı zamanı Azərbaycan Prezidenti Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova bildirib.
Onun sözlərinə görə, məhz institusional və sosial transformasiyanın nəticəsidir ki, Azərbaycan Prezidentinin ən böyük sosial-innovasiya layihəsi olan "ASAN Xidmət” çox qısa müddətdə insanların rəğbətini qazanıb, effektiv dövlət idarəçiliyi, məmnunluq, hesabatlılıq və şəffaflıq anlayışları ilə assosiasiya olunmağa başlayıb, dövlət idarəçiliyinə yenilik gətirmiş dövlət kimi Azərbaycanı dünyaya tanıdıb. Artıq növbəti belə bir layihə "Dost” layihəsi də fəaliyyətə başlayıb: "Bu islahatlar cəmiyyətimizin daxilində dəyərlər sistemini dəyişdirir, dövlət, cəmiyyət və vətəndaşların qarşılıqlı əlaqəsinə, qarşılıqlı sosial məsuliyyətinə yeni keyfiyyət verir. Vətəndaş-cəmiyyət-dövlət üçbucağını gücləndirir. Azərbaycan dövlətçiliyi məhz bu üçlü əlaqənin sinxronluğu üzərində dayanır”. PA-nın şöbə müdiri bildirib ki, Sosial Tədqiqatlar Mərkəzinin yaradılması islahatların tərkib hissəsidir, onun təzahürüdür: "Mərkəzin logotipinə diqqət yetirsək, görərik ki, logotip cəmiyyət daxilində qarşılıqlı əlaqələri özündə ehtiva edir. Sosial tədqiqatlar ictimai-siyasi prosesləri, ona təsir edən amilləri bu cür bütöv şəkildə öyrənməyə, cəmiyyətin gözləntilərini dəyərləndirməyə, həll yolları tapmağa imkan verir. Müasir, effektiv dövlət idarəetməsi ictimai rəy nəzərə alınmadan mümkün deyil. İctimai rəyin öyrənilməsi işi klassik üsullarla yanaşı, həm də mütərəqqi araşdırma metodlarından və yeni innovativ texnologiyalarından istifadə edilməklə təşkil edilməlidir, ictimai rəydə olan dəyişiklikləri çevik müəyyən etmək imkanında olmalıdır. Lakin sosial tədqiqatlar yalnız ictimai rəyin öyrənilməsi, cəmiyyəti narahat edən məsələlərin müəyyən edilməsi və onların həll edilməsi üçün təkliflərin verilməsi, islahatların doğurduğu nəticələrin təhlili, qiymətləndirilməsi və növbəti yeni təkliflərin verilməsi ilə kifayətlənməməlidir. Sosial tədqiqatlar həm də bu islahatların, dəyişiklərin cəmiyyət tərəfindən necə qavranılmasına, islahatların təşviq edilməsinə hədəflənməlidir. Sosial Tədqiqatlar Mərkəzinin əsas məqsədləri məhz bunlardır. Başqa sözlə, Sosial Tədqiqatlar Mərkəzi yalnız passiv mövqedən cəmiyyətin rəyini öyrənməklə kifayətlənməməli, dövlətin həyata keçirdiyi siyasət barədə aktiv məlumatlandırma işi də aparmalıdır”. S. Yusifova qeyd edib ki, aparılan tədqiqatların nəticələri dövlət üçün nə dərəcədə önəmlidirsə, vətəndaş və cəmiyyət üçün bir o qədər faydalı və informativ olmalıdır. "İnsanlar da öz növbəsində atılan addımlara responsiv yanaşmalıdır, vətəndaş mövqeyini aktiv şəkildə ifadə etməlidir, müsbət transformasiyaların iştirakçısına çevrilməlidir, sosial məsuliyyətini dərk etməlidir. Bu baxımdan kommunikasiya qarşılıqlı olmalıdır. Dövlət vətəndaşının yanında olduğu qədər, vətəndaş da dövlətinin yanında olmalıdır. Bu islahatların, dəyişəklilərin həyata keçirilməsində öz müsbət təşəbbüsləri ilə yaxından iştirak etməlidirlər". PA-nın şöbə müdirinin sözlərinə görə, Sosial Tədqiqatlar Mərkəzi vətəndaş cəmiyyəti institutları ilə, digər araşdırma mərkəzləri ilə sıx əməkdaşlıq etməli, hesabatların hazırlanmasında etibarlı mənbə kimi çıxış etməlidir. "Həmin təşkilatlar da öz növbələrində Mərkəzə dəstək olmalıdırlar. Belə əməkdaşlıq ictimai maraqlar baxımından olduqca vacibdir. Çünki, vətəndaş-cəmiyyət-dövlət kommunikasiyası proseslərə çevik münasibət bildirməyə, sosial dinamikanın perspektivlərini müəyyən etməyə və prospektiv yanaşmaya imkan verir. Ona görə də, Sosial Tədqiqatlar Mərkəzinin üzərinə dövlət siyasətinin həyata keçirimlisində iştirak ilə bağlı, idarəetmə və qərarqəbuletmə prosesinin təkmilləşdirilməsi ilə bağlı, dövlət və cəmiyyət arasındakı strateji kommunikasiyanın gücləndirilməsi ilə bağlı mühüm vəzifələr düşür. Ümid edirik ki, Mərkəz Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi vəzifələrin öhdəsindən layiqincə gələcək və dövlət quruculuğu və sosial rifah strategiyasının həyata keçirilməsinə öz töhfəsini verəcək".