Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Birinci Vitse-prezidentin köməkçisi Emin Hüseynovun STM-in konfransındakı çıxışı - VİDEO

26-09-2019, 18:36 Baxış: 7 180
Birinci Vitse-prezidentin köməkçisi Emin Hüseynovun STM-in konfransındakı çıxışı  -  VİDEO
"Azərbaycanda islahat təşəbbüsləri həmişə olub, amma son dövrlərdə bu təşəbbüslər xüsusi vüsət alıb".
Bunu Sosial Tədqiqatlar Mərkəzinin təşkil etdiyi "Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfransda Azərbaycanın Birinci Vitse-prezidentinin köməkçisi Emin Hüseynov deyib. Onun sözlərinə görə, bunun müəyyən obyektiv səbəbləri var: "Azərbaycan müstəqillik qazandıqdan sonra keçmiş sovet ittifaqı ölkələri arasında ən dərin ressesiyaya məruz qalmış bir ölkə idi. Bunun obyektiv səbəbləri var idi. Ölkə hərbi təcavüzə məruz qalmışdı, ölkənin dövlətçiliyi, suverenliyi təhdid altında idi. Azərbaycanda iqtisadi islahatlar ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başladı və qısa bir zamanda öz nəticəsini verdi və ressesiya aradan qaldırıldı. İndiyə qədər Azərbaycanda heyrətamiz inkişaf templəri müşahidə edilib. Prezident İlham Əliyev silsilə fərmanlar imzalayıb. Aparılan tədqiqatlar göstərir ki, əhalinin böyük bir hissəsi Prezident tərəfindən aparılan islahatları dəstəkləyir”. E.Hüseynov vurğulayıb ki, aparılan islahatları insanların maddi durumuna müsbət təsir göstərir: "2015-ci ildə neft qiymətlərinin əhəmiyyətli dərəcədə düşməsi nəticəsində ölkədə ikiqat devalivasiya baş verdikdən sona əhalinin real gəlirləri azalmışdı. 2016-cı ildə infilyasiya iki rəqəmli səviyyədə idi, 2017-ci ildə də bu tendensiya davam etdi. Amma buna baxmayaraq hökumət çox konservativ fiskal siyasət yürütdü bu illərdə. Əsas məqsəd makriqtisadi sabitliyin bərpa olunması idi. Sözsüz ki, bu hədəfə nail olundu. Artıq 2019-cu ildə biz infilyasiyanın çox aşağı səviyyəsini müşahidə edirik. Real əmək haqqılarının artım tempi infilyasiyanı iki-üç dəfə üstələyir. Digər tərəfdən insanların gəlirləri artıdıqca bu, biznes üçün gəlir mənbəyidir ki, bu da növbəti dövürlərdə də iqtisadi artıma müəyyən təkan ""verəcək effektə malik olacaq".