Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Fərid Şəfiyev: "Türk Şurası ölkələri arasında ticarət dövriyyəsi 10 ayda 32% artıb"

3-10-2019, 11:36 Baxış: 3 215
Fərid Şəfiyev: "Türk Şurası ölkələri arasında ticarət dövriyyəsi 10 ayda 32% artıb"
"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) inteqrasiya təşkilatıdır".
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev Naxçıvan sazişinin imzalanmasının 10 illiyi ilə əlaqədar Bakıda keçirilən konfransda deyib. "Bizi ortaq tarix, mədəniyyət və ortaq dil birləşdirir. Təşkilatın əsas məqsədi inteqrasiya prosesidir.
Buna görə təşkilat siyasi və iqtisadi əməkdaşlıqdan əlavə, mədəni əlaqələrə də böyük diqqət ayırır. Onu da qeyd edim ki, 2019-cu ilin yanvar ayından bu günə qədər Türk Şurası ölkələri arasında ticarət dövriyyəsi 32% artıb. 2018-ci ildə isə bu rəqəm 29% olub", - F.Şəfiyev söyləyib. BMTM sədri həmçinin xarici siyasət və regional təhlükəsizlik sahəsindəki əməkdaşlığın da təşkilatın ideoloji konsepsiyasının mərkəzində dayandığını qeyd edib. Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) türk dünyası ölkələri arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır. Şura 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən sammitdə yaradılıb. Onun fəaliyyət prinsipləri 16 sentyabr 2010-cu il tarixli İstanbul Bəyannaməsində əksini tapıb.
İlk mərhələdə Türk Şurasına Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan daxil olub. Bu il Özbəkistan da Türk Şurasına qoşulub.