Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Nur-Sultan “İslam Dünyasının Yaşıl Paytaxtı” mükafatına layiq görülüb

4-10-2019, 10:19 Baxış: 9
Nur-Sultan “İslam Dünyasının Yaşıl Paytaxtı” mükafatına layiq görülüb
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) Qazaxıstanın paytaxtı Nur-Sultanı "İslam Dünyasının Yaşıl Paytaxtı” mükafatına layiq görüb. Qazaxıstan Xarici İşlər Nazirliyi xəbər verir ki, Ekologiya Nazirlərinin 8-ci İslam Konfransında İslam dünyasında ekoloji problemlər və qlobal istiləşmə məsələləri müzakirə olunub.
Təbiətin qorunmasına töhfə verən ölkələrə mükafatların verildiyi iclasda, Qazaxıstanın paytaxtı Nur-Sultan "İslam Dünyasının Yaşıl Paytaxtı”na layiq görülüb.
İSESKO 2017-ci ildə "Gələcəyin enerjisi” mövzusunda beynəlxalq sərginin reallaşdığı, ətraf mühitin qorunması və "təmiz” enerjinin inkişafı sahəsində uğurlu layihələrin həyata keçirildiyi Nur-Sultanın bu mükafata layiq görüldüyünü qeyd edib.