Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Piketə icazə verildi, əvəzində qanunsuz çağırış başladı

4-10-2019, 11:14 Baxış: 13
Piketə icazə verildi, əvəzində qanunsuz çağırış başladı
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Bakı Şəhər İcra Hakimiyyətinin Milli Şuranın piketinə icazə verməsi ilə bağlı partiyanın mətbuat xidmətinin sorğusunu cavablandırıb.
 BAXCP sədri piketə icazə verilməsini dəstəkləyib və bunun piket etmək istəyənlərin konstitusion hüququ saydığını bildirib.
"Amma məni təəccübləndirən o oldu ki, qanunun aliliyi uğrunda mübarizə apardığını bəyan edən şəxslər insanları piketi müşahidə etməyə çağırır. Qanuna görə, 50 nəfərdən çox adam piketə qatılarsa, bu artıq qanunun tələblərinin pozulmasıdır.
Deməli, piketi müşahidə adı altında insanların kütləvi, qanunsuz toplantısı planlaşdırılır. Bu isə həmin ərazidə qanunsuz aksiya olması və nəqliyyatın hərəkətinin pozulacağına görə polisin müdaxiləsinə səbəb olacaq. Kənar şəxslərin ora toplanmasının qarşısını almaq əvəzinə əhalini piketi müşahidə etmək adı altında aksiyaya çağırmaq, sadəcə, siyasi dələduzluqdur.
Sözsüz ki, baş verəcəklərə görə də məsuliyyəti bu cür çağırış edənlər daşımalıdır. Ona görə də Bakı Şəhər İcra Hakimiyyəti və Baş Polis İdarəsi təşkilatçıları bu barədə xəbərdar etməlidir. Mən də millət vəkili olaraq insanları qanunlara hörmət etməyə, təxribatlara uymamağa çağırıram”, - millət vəkili deyib.