Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Zaxarovadan Qarabağla bağlı açıqlama

4-10-2019, 11:24 Baxış: 1 890
Zaxarovadan Qarabağla bağlı açıqlama
ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etməyi planlaşdırırlar.
Bunu Moskvada keçirilən brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar bu ölkələrin nümayəndələri tərəfindən anons ediləcək:
"Deyə bilərəm ki, Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ilə razılaşdırıldığı kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqlar aparmaq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etmək üçün bölgəyə səfər etməyi planlaşdırırlar.
Səfərin vaxtı dəqiqləşdirilir və biz bu barədə əlavə məlumat verəcəyik”, - deyə M.Zaxarova qeyd edib.