Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

İşarələrin savaşı- Prezient İlham Əliyevin parlaq qələbəsi!

İşarələrin savaşı- Prezient İlham Əliyevin parlaq qələbəsi!
Azərbaycan liderinin Rusiyanın ən nüfuzlu tribunası sayılan Valday diskussiya klubunda etdiyi çıxış dünən İrəvanda Avrasiya İqtisadi Birliyi çərçivəsində keçirilən görüşün danışıqlarını, diskussiyalarını, o cümlədən, ikitərəfli görüşlərdəki verilən mesajları tamamilə kölgədə qoydu.
Hətta bütövlükdə informasiya məkanından sıxışdırıb çıxardı.
Azərbaycan Prezidenti bu çıxışı Rusiyanın ən yüksək nüfuzlu simalarının, 37 ölkədən gələn siyasətçilərin və intellektualların qarşısında etdi. Burada diqqət çəkən ən mühüm məqam ondan ibarət idi ki, Azərbaycan dövlət başçısı Rusiya ilə yaxşı əlaqələri üçüncü bir dövlətə yönəltmədən, Cənubi Qafqazda 90-cı illərdən bu yana hökm sürən "Ermənistan və Rusiya münasibətləri bu regionun taleyini müəyyənləşdirir" kimi bir fikrin dəyişdiyini sübuta yetirdi və ortaya qoydu ki, əksinə bu bölgənin bütün geopolitik, geoiqtisadi və hərbi təhlükəsizlik gələcəyi Azərbaycan-Rusiya , Azərbaycan-Qərb və ölkəmizin digər regionlarla münasibətindən asılıdır. Digər bir məqam isə, Valday tribunası üzərindən Ermənistanla, Ermənistanın hazırda "demokratik" libasda rəhbərliyini həyata keçirən qüvvələrlə siyasi duelinin, söz savaşının necə bir miqyasda getməsi bütün bu məkanda ölkəmizi daim izləyən Rusiyanın elitasının, rəhbərlərinin, Kreml strateqlərinin gözü qabağında baş verməsi idi.
İlham Əliyev bütün parametrlər üzrə öz rəqiblərindən, yaxud Azərbaycan düşmənlərindən qat-qat güclü olduğunu sübuta yetirdi və ortaya qoydu ki, onunla belə beyin, idrak və intellekt savaşında mübarizə aparmaq mümkün deyil.
Ona görə də, bir müddət öncə Qarabağı söz və fìkrən dartıb Ermənistanın tərkib hissəsinə çevirməyə çalışan qüvvələrə məhz Rusiya torpağında qətiyyətli cavab verən İlham Əliyev söylədi ki, Qarabağ hər zaman, bütün tarix boyu Azərbaycanın tərkib hissəsi olub, bu gün də belədir və gələcəkdə də belə olacaq. Nöqtə əvəzinə nida qoyuldu və işarələr savaşında da İlham Əliyev qalib gəldi.
İlham Əliyev Valday kürsüsünü BMT tribunasından da yüksək səviyyəyə qaldırdı! İlham Əliyev Valday klubunda özünün liderlik erasının ən parlaq, ən sağlam, ən mühüm çıxışlarından birini ortaya qoydu!