Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Spiker: “Gürcüstan NATO-ya üzv olmağa çox yaxındır”

4-10-2019, 14:46 Baxış: 9
Spiker: “Gürcüstan NATO-ya üzv olmağa çox yaxındır”
"Bu gün Gürcüstan NATO-ya üzv olmağa çox yaxındır”.
Bunu ölkə parlamentinin sədri Arçil Talakvadze NATO baş katibinin müavini Rouz Qotemöllerlə görüşdə bildirib.
O deyib ki, Şimali Atlantika Şurasının toplantısının Batumidə keçirilməsi Gürcüstanın nailiyyətlərinə layiqli qiymətdir. Spikerin sözlərinə görə, Gürcüstan NATO-ya üzvlükdə irəliləyişə alyans və onun tərəfdaşları ilə birlikdə nail olub.
A.Takavadze Gürcüstanın məsuliyyətli və praqmatik xarici siyasət apardığını qeyd edib.