Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Dünya Ərdoğanın əməliyyatına qarşıdır

9-10-2019, 14:27 Baxış: 25
Dünya Ərdoğanın əməliyyatına qarşıdır
ABŞ terrorla mübarizə adıyla Suriyaya girdi və hələ də ölkənin üçdəbirini nəzarət altında saxlayır.
Türkiyə də PKK-ya qarşı mübarizə apararaq, təhlükəsiz zona yaradır.
Bu sözləri türk siyasi ekspert Engin Özər Türkiyənin Suriyanın şimalında antiterror əməliyyatına başlamaq planına dünya ölkələrinin qeyri-adekvat reaksiyasını şərh edərkən deyib. "ABŞ Prezidenti Donald Tramp bu əməliyyata razılıq verdikdən sonra rəsmi Tvitter hesabında belə bir cümlə yazdı: "Türkiyə həddini aşarsa, iqtisadiyyatını çökdürərik”.
Bu, kürdlərə və daxili bazara – amerikalı seçicilərə istiqamətlənən bir bəyanat idi.
Bu, Türkiyəyə istiqamətlənmiş təhdid deyildi. Hətta məncə, son zamanlar Türkiyə ABŞ münasibətlərindəki gərginlik aradan götürülüb”, - politoloq bildirib.
Onun sözlərinə görə, rəsmi Ankaraya etiraz edən ölkələrin hər birinin öz şəxsi maraqları var: "Yunanıstan, Cənubi Kipr, Misir Şərqi Aralıq dənizində Türkiyə ilə rəqabətdə olan ölkələrdir.
Əlbəttə ki, onlar Türkiyənin əməliyyatını protest edəcək”. Politoloq İranın bu əməliyyata qarşı çıxmasına da münasibət bildirib.
Onun fikrincə, Trampın bu əməliyyata razılıq verməsi və ordunu Suriyanın şimalından çəkməsi ABŞ-la Türkiyə münasibətlərinin normallaşmasına təkan verə bilər ki, İran da bundan narahatdır: "Türkiyənin yaratmaq istədiyi təhlükəsiz zona İranın bölgədəki təsir gücünə böyük zərbə vuracaq. Rusiya isə bu günə qədər ABŞ-Türkiyə münasibətlərinin pozulacağına ümid etsə də, bunun əksi ilə rastlaşdı. Tramp Türkiyəyə yaşıl işıq yandırdı. Öz ordusunu çıxarıb Suriyanın şimalını türk ordusuna əmanət etdi.
Bu, Türkiyə üçün böyük diplomatik qələbədir. Türkiyə-ABŞ münasibətlərində yeni bir dövr başlayır. ABŞ səfiri dedi ki, Vaşinqton Ankara ilə ticarət həcmini 100 milyard dollara çatdırmaq niyyətindədir.
Bu isə o deməkdir ki, artıq Türkiyənin başqa alternativi də var”.