Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Rusiya qarşısında kapitulyasiya olmayacaq - Zelenski - VIDEO

12-10-2019, 11:37 Baxış: 2 645
Rusiya qarşısında kapitulyasiya olmayacaq - Zelenski  -  VIDEO
Donbasda kapitulyasiya olmayacaq.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Odessaya səfəri zamanı deyib.
"Mən şərqdə müharibəni bitirib, Ukraynanın ərazi bütövlüyünü bərpa etmək vədi vermişəm.
Bu gün bizim bütün səylərimiz buna yönəlib. Mənim bu məsələdə mövqeyim dəyişməz qalır.
Biz həmçinin Krımın anneksiyasını da unutmuruq.
Bu bizim üçün növbəti çağırış olacaq.
İnanın ki, məndə artıq kapitulyasiya sözünə qarşı allergiya var.
Mən sizi əmin etmək istəyirəm ki, Ukraynanın milli maraqları satılmayacaq”, - deyə o bildirib.