Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Tramp Moralesin istefasından danışdı

12-11-2019, 10:09 Baxış: 238
Tramp Moralesin istefasından danışdı
ABŞ prezidenti Donald Tramp Boliviya prezidenti Evo Moralesin istefasını alqışlayıb.
 Ağ Ev rəhbəri bildirib ki, bu, Nikaraquanın və Venesuelanın "qeyri-qanuni" hakimiyyətləri üçün əhəmiyyətli siqnaldır.
"Boliviya prezidenti Evo Moralesin dünənki istefası Qərb yarımkürəsində demokratiya üçün dönüş anı oldu", - deyə Trampın Ağ Evdə yayılmış bəyanatında deyilir.
"Birləşmiş Ştatlar Boliviya xalqının azadlığa cəhdini, Boliviya hərbçilərinin isə yalnız bir insanı yox, həm də Boliviyanın konstitusiyasını müdafiə etməsini alqışlayır", - deyə açıqlamada bildirilir.
"Bu hadisələr Venesuela və Nikaraquadakı qeyri-qanuni rejimlərə əhəmiyyətli siqnaldır ki, demokratiya və xalqın iradəsi həmişə qalib gələcək.
İndi biz tamamilə demokratik, çiçəklənən və azad Qərb yarımkürəsinə bir addım daha yaxınıq", - deyə ABŞ lideri fikirlərini yekunlaşdırıb.