Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Xətai rayonunun yeni icra başçısı kimdir: güllə yarası almış veteran döyüşçü...

12-11-2019, 18:03 Baxış: 1 139
Xətai rayonunun yeni icra başçısı kimdir: güllə yarası almış veteran döyüşçü...
Məlum olduğu kimi, uzun müddətdir, icra başçısız qalan Bakının Xətai rayonuna yeni icra başçısı təyin edilib.
 
Belə ki, Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə Rafiq Çəpərxan oğlu Quliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
 
Yeni icra başçısının tərcümeyi-halını təqdim edirik.

Quluyev Rafiq Çəpərxan oğlu 17 yanvar 1974-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Ərəvsə kəndində anadan olub.
 
1981-ci ildə Ərəvsə kənd orta məktəbində 1-ci sinfə gedib, məlum səbəblərə görə 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb.
 
1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib.
1992-1993-cü illərdə Milli Orduda xidmət edib.
Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb.
Müharibə veteranıdır.
 
1993-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis iqtisadiyyatı ixtisası üzrə təhsil alıb.
 
2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.
 
1997-ci ildən Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifələrində çalışmışdır.
 
21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək Başçının müavini, 2013-cü il dekabrından başçının 1-ci müavini vəzifəsində çalışır.
2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.