Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Oqtay Əsədovdan çıxış edən deputatlara xəbərdarlıq: “Sözünüz yarımçıq qalanda yaxşı çıxmır”

13-11-2019, 12:42 Baxış: 371
Oqtay Əsədovdan çıxış edən deputatlara xəbərdarlıq: “Sözünüz yarımçıq qalanda yaxşı çıxmır”
Milli Məclisin spikeri Oqtay Əsədov parlamentdə çıxış edən deputatlara xəbərdarlıq edib.
İclasda çıxış üçün 5 dəqiqəlik limitin olduğunu xatırladan O.Əsədov deputatlara bunu nəzərə almalarını tövsiyə edib.
 
"Hörmətli millət vəkilləri! Bilirsiniz ki, çıxış üçün 5 dəqiqə vaxt nəzərdə tutulub. Sözünüz, cümləniz yarımçıq qalanda yaxşı çıxmır.
Ona görə də xahiş olunur 5 dəqiqəyə riayət edək”- deyə spiker əlavə edib.
 
Daha sonra çıxış üçün deputat Tahir Kərimliyə söz verilib.