Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Milli Məclisdə “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib

13-11-2019, 13:30 Baxış: 76
Milli Məclisdə “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib
Milli Məclisin növbəti plenar iclasında "2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
 
 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.
Maliyyə Nazirliyinin yaydığı məlumata görə, bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və yaxud 5,7% çoxdur.
 
Gələn il büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub.
 
Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427.7 milyon manat və yaxud 1,7% çoxdur.
Bundan başqa, 2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 27 milyard 605 milyon 300 min manat, xərcləri isə 28 milyard 192 milyon manat məbləğində proqnozlaşdırılır.
 
Müzakirələrdən sonra "2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub.