Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Sabir Rüstəmxanlı qardaşının həbsindən danışdı

14-11-2019, 10:41 Baxış: 21
Sabir Rüstəmxanlı qardaşının həbsindən danışdı
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qardaşı Əlövsət Əliyevin alman polisi tərəfindən siyasi mühacir alverində şübhələnərək saxlanıldığı faktına münasibət bildirib.
S.Rüstəmxanlı açıqlamasında bildirib ki, Almaniya hökuməti Əlövsət Əliyevdən qanunsuz miqrasiya işlərini görmək, vətəndaşların Almaniyaya daşınması səbəbi ilə şübhələnib: "Lakin Əlövsət Əliyev qanunsuz heç bir işlə məşğul olmayıb.
 
Sadəcə ora gedən vətəndaşlarımıza kömək edib.
Bu da vətəndaşlrımız xeyrinə olan bir şeydir”.
 
Qeyd edək ki, Almaniyada siyasi mühacir alverində və saxta sənəd təşkil etməkdə şübhəli bilinən azərbaycanlılar saxlanılıb.