Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Gürcüstan parlamentinin qarşısında oturaq aksiya başlayıb

14-11-2019, 16:49 Baxış: 39
Gürcüstan parlamentinin qarşısında oturaq aksiya başlayıb
Tbilisidə etirazçılar Gürcüstan parlamentinin binası qarşısındakı Rustaveli prospektini bağlayıblar.
Onlar oturaq aksiya keçirirlər.
Mərkəzi prospekt boyu avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb.
Patrul polis əməkdaşları avtomobil yolunu açmağa çalışsalar da, aksiyaçılar buna etiraz edirlər.
Nəticədə tərəflər arasında qarşıdurma yaranıb.
Etirazçılar bildiriblər ki, onlar oturaq aksiya ilə dinc itaətsizlik nümayiş etdirirlər.