Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Daxili İşlər nazirinin əmri ilə Əlaslan Ağayev İnterpolun rəisi oldu

15-11-2019, 11:04 Baxış: 1 337
Daxili İşlər nazirinin əmri ilə Əlaslan Ağayev İnterpolun rəisi oldu
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Əlaslan Ağayev Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.
 
Noyabrın 16-da nazir V.Eyvazov İnterpolun Milli Mərkəzi Bürosuna gedərək polis polkovniki Ə.Ağayevi şəxsi heyətə təqdim edib, xidməti fəaliyyətin daha səmərəli və effektiv təmin edilməsi üçün tələb və tövsiyələrini verib.
 
Qeyd edək ki, 17 Oktyabr 2019-cu ild' Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov vəzifəsindən azad edilərək xidmətdə olmanın son həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.
 
Daxili İşlər nazirinin əmri ilə Əlaslan Ağayev İnterpolun rəisi oldu