Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

YAP-da mətbuat konfransı keçirilir - VIDEO

28-11-2019, 15:18 Baxış: 56
YAP-da mətbuat konfransı keçirilir - VIDEO
Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında YAP-ı Milli Məclisdə təmsil edən deputatların iştirakı ilə iclas başa çatıb.
 
Deputatlar artıq iclas zalını tərk ediblər.
YAP-ın intizarla gözlənilən mətbuat konfranslı başlayb. Mətbuat konfransında partiyanın icraçı katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı da iştirak edir.
Ə.Əhmədov bildirb ki, Azərbyacan cəmiyyətində YAP-a, onun qəbul etdiyi qərarlara həmişə böyük hörmət olub: "Bu gün YAP Azərbyacanın siyasi həyatı üçün önəmli qərar qəbul edib. YAP-ın Siyasi Şurası bu gün keçirilən iclasında Azərbaycan parlamentində islatların davam etdirlməsi ilə əlaqədar məsələləri müzakirə edib. Prezidenitn islahatlar konsepsiyasınıYAP da dəstəkləyir.
 
Bu islahatlara öz töhfələrini verirlər. İslahatlar bir çox sahələri əhatə edir.
 
Bunlar iqtisadiyatın şaxələndirilməsinə xidmət edir.
Bunların zəminində sosial inkişafın təmin edilməsin dayanır. 2019-cu ili islahatlaırn daha dinamik xarakter aldığı il kimi xarakterizə etmək olar. Bundan sonra da islahatların həyata keçirilməsi xətti davam etdiriləcək”.
 
Əli Əhmədov qeyd edib ki, islahatlar geniş xarakterlidir: "İslahatlar istisnasız olaraq bütün sahələri əhatə etməlidir.
 
Hakimiyyətin hər iki qolunda islahatlar uğurla həyata keçirilir və bu gün də keçirilməkdədir. İslahtlar sisteminin tam olması və qarşıya qoyulan məqsədlərə nail olunması tələb edir ki, islahatlar bütün hakimiyət qollarını əhatə etsin.
Beləliklə, YAP SŞ üzvləri bu qənaətə gəliblər ki, islahatlar qanunvericilik orqanından kənarda qalmamalıdır.
YAP SŞ üzvlətinin əksəriyyətin islahatlara dəstəyini ifadə edərək, qanunvericilik sahəsinə gəririlməsinin məqəsədəuyğunluğunu ifadə ediblər.
Siyasi Şuras üzvləri bu məsələdə yekdillik nümayiş etdirib.
 
Parlamentin islahatlara cəlb olunması islahatlara əlavə təminat kimi qiymətləndirilə bilər.
Bu gün YAP Siyasi Şurası qanunverici orqanının yenilənməsinin zəruriliyini ifadə edir.
Bu zərurətdən irəli gələrək, YAP Siyasi Şurası parlamentindəki deputat korpusuna parlamentin buraxılmasını cənab Prezidentdən xahiş etməyi tövsiyə edib”.
 
Konfransın videosunu təqdim edirik: