Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Yeni Ombudsman Milli Məclisdə and içib - VİDEO

29-11-2019, 13:00 Baxış: 54
Yeni Ombudsman Milli Məclisdə and içib  -  VİDEO
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) andiçmə mərasimi keçirilib.
 
Səsvermə nəticəsində Ombudsman seçilən Səbinə Yaşar qızı Əliyeva Milli Məclisdə and içib. S. Əliyeva andiçmə mərasimi zamanı ölkə başçısına minnətdarlığını bildirib.
 
O, parlament üzvlərinə də onu Ombudsman seçdiklərinə görə təşəkkürünü çatıdırıb. "Sizi əmin etmək istərdim ki, ölkəmizdə Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və Azərbaycan Prezidenti cənab İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminə töhfə verilməsi, bununla da cəmiyyətimizdə gedən hərtərəfli inkişaf prosesinin dəstəklənməsi üçün səylərimi əsirgəməyəcəm.
Vətəndaşların, əhalinin müxtəlif qruplarının, o cümlədən yetkinlik yaşına çatmayan insanların bütün azadlıqlarının səmərəli qaydada təmin edilməsi İnsan Hüquqları üzrə Müvəkkilin işinin prioritet istiqaməti olacaq.
 
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində hüquqları pozulmuş vətəndaşlarımızın müdafiəsi, işğal nəticəsində tarixi və mədəni sərvətlərinin dağıdılması faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması bu işin mühüm tərkib hissələrindəndir”.