Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Şahin Əliyev Prezident Administrasiyasında yeni yaradılan şöbənin müdiri təyin edilib

29-11-2019, 17:56 Baxış: 18
Şahin Əliyev Prezident Administrasiyasında yeni yaradılan şöbənin müdiri təyin edilibAzərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni şöbə yaradılıb.
 
Yeni şöbə Hüquq ekspertizası şöbəsi adlanır. Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri təyin edilib.
 
Xatırladaq ki, Ş.Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri vəzifəsini icra edib.