Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Sabah MSK-nın Milli Məclisə növbədənkənar seçkilərlə bağlı iclası keçiriləcək

6-12-2019, 11:28 Baxış: 42
Sabah MSK-nın Milli Məclisə növbədənkənar seçkilərlə bağlı iclası keçiriləcək
Sabah Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.
 
İclasda Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi barədə məsələ müzakirə ediləcək və müvafiq qərarlar qəbul olunacaq.
 
İclas sabah saat 14:00-da başlayacaq.
 
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.
 
Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.