Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

YAP seçki siyahısını nə vaxt açıqlayacaq?

10-12-2019, 10:49 Baxış: 48
YAP seçki siyahısını nə vaxt açıqlayacaq?
 
2020-ci il fevralın 9-da ölkədə keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkiləri ilə bağlı böyük əksəriyyət hakim Yeni Azərbaycan Partiyasının (YAP) seçici siyahısını gözləyir.
 
YAP-ın neçə dairədən namizəd verəcəyi, seçki siyahısına kimlərin düşəcəyi ciddi maraq doğurur.
 
Seçkinin taleyinə əhəmiyyətli təsir edəcək YAP seçki siyahısı nə vaxt açıqlanacaq?
 
   Açıqlama verən Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib ki, partiya seçki siyahısını yaxın vaxtda təqdim edəcək:
 
"Hələlik dəqiq tarix məlum deyil, ancaq partiyamızın seçki siyahısı bir neçə gün sonra ictimaiyyətə açıqlanacaq”.
 

Qeyd edək ki, YAP-ın seçki siyahısını 10 dekabra qədər açıqlayacağı barədə qeyri-rəsmi məlumat yayılmışdı.