Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Yelena Zelenskaya ilə görüşüb

18-12-2019, 09:52 Baxış: 137
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Yelena Zelenskaya ilə görüşüb
 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 17-də ölkəmizdə səfərdə olan Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb.
 
Çay süfrəsi arxasında keçirilən görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ukrayna Prezidentinin xanımı Yelena Zelenskayanı Bakıda görməkdən şad olduğunu bildirdi.
 
Mehriban Əliyeva qeyd etdi ki, bu səfər ölkəmizlə daha yaxından tanış olmaq üçün gözəl imkandır.
 
Yelena Zelenskaya Bakıda olmaqdan və Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşməkdən məmnunluğunu ifadə etdi.