Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Zahid Oruc parlament seçkilərinə öz namizədliyini 94-cü dairədən verdi

24-12-2019, 15:29 Baxış: 124
Zahid Oruc parlament seçkilərinə öz namizədliyini 94-cü dairədən verdi
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc 
9 fevral 2020-ci il tarixində keçiriləcək parlament seçkilərinə qatılmaq barədə qərar verib.
 
Altaba.az xəbər verir ki,millət vəkili Z. Oruc namizədliyini 94 saylı Bərdə seçki dairəsindən irəli sürüb.
O bildirib ki, təmsil etdiyi müddətdə Bərdədə böyük inam, xeyirxahlıq, yüksək anlaşma görüb.
Hər zaman seçicilər qarşısında daşıdığı məsuliyyətə sadiq qalmağa çalışıb.
 
O bu illər ərzində Qarabağın mühüm tarixi bölgəsinin təmsil etməklə hər zaman qürur duyduğunu deyib və bunu mənəvi, həyati bir borc saydığını söyləyib.
 
Bu günə qədər sözügedən dairədən 10-a yaxın namizəd var.
 
Zahid Oruc bildirib ki, hər bir iddiaçıya hörmətlə, ehtiramla yanaşır, onları rəqib deyil, vətənimizin ləyaqətli övladları statusunda görür.
 
Zahid Oruc qarşıdakı 5 illik dövrdə çox mühüm təklifləri, planları seçicilərlə görüşlər əsasında irəliyə sürəcəyini və seçki qərargahı vasitəsilə aktiv kampaniya aparacağını bildirib.

Qeyd edək ki, 94 saylı Bərdə kənd seçki dairəsində 54 məntəqə, 45473 seçici vardır.