Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Zahid Orucun namizədiyi 94 saylı Bərdə DSK tərəfindən qeydə alındı.

3-01-2020, 09:30 Baxış: 72
Zahid Orucun namizədiyi 94 saylı Bərdə DSK  tərəfindən qeydə alındı.
 
Namizədliyim artıq 94 saylı Bərdə Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınıb.
 
Bunu açıqlamasında bitərəf millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc bildirib.
 
O, namizədliyini dəstəkləyən, ona imza verən hər kəsə, 94 saylı Seçki Dairəsinin seçicilərinə minnətdarlığını ifadə edib.
 
Bildirib ki, Seçki Qərargahının üzvləri ilə yaxın günlərdə növbəti mərhələ üçün görüləcək işləri, atılacaq addımları müzakirə edəcək.
 
"Seçkilər başlayan gündən buradayam, Bərdədəyəm. Hələ bir müddət də burada olacağam. Seçki Qəragahının üzvləri ilə növbəti mərhələ üçün nəzərdə tutulan işləri müzakirə edəcəyəm.
 
Eyni zamanda, növbəti mərhələdə-seçiçilərlə görüşlərdə onları narahat edən, onları maraqlandıran problemlər, məsələlər barədə baxışlarımı, düşüncələrimi ortaya qoyacağam…”-deyə, Z. Oruc sözlərinə əlavə edib. Qeyd edək ki, Z. Oruc artıq 5-ci dəfədir seçkilərə qatılıb və indiyə kimi bütün seçkilərdə qələbə qazanıb, Bərdəni parlamentdə təmsil edən iki millət vəkilindən biri olub.
 
Hazılrda da 94 saylı Seçki Dairəsini parlamentdə təmsil edir və namizədliyini yenə oradan verib, qeydə alınıb. Z. Oruc parlamentin ən aktiv və fəal deputatlarındandır. Millət vəkili həmçinin iki dəfə prezident seçkilərində namizəd kimi iştirak edib və 2018-ci il seçkilərində ikinci olub.
 
Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) isə 94 saylı Bərdə kənd seçki dairəsindən Məmmədov Qnyaz Vəli oğlunun namizədliyini irəli sürüb. Onu da qeyd edək ki, həmin dairədən 15-ə yaxın şəxs namizədliyini verib.