Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Əziz Qaralov: "Sürüşmə baş verən ərazidə yaşayış evləri yoxdur"

Əziz Qaralov: "Sürüşmə baş verən ərazidə yaşayış evləri yoxdur"
 
"2020-ci il yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib.
 
Eni, təxminən, 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib".
 
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
 
O bildirib ki, hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur: "Tərəfimizdən ərazidə monitorinqlər aparılır.
 
Hazırda sürüşmə prosesi davam edir. Təhlükənin olub-olmaması barədə aidiyyatı qurumlar gəlib baxış keçirib qərar qəbul edəcək”.
 
Onun sözlərinə görə, yolun hərəkət hissəsinə tökülən kütlə tamamilə götürülməlidir: "Proses tam dayandıqdan sonra nəsə demək olar.
 
Hazırda baş verən sürüşmə prosesi 2018-ci ildə baş verən hissədə yerindən tərpənmiş kütlənin üzərində gedir". Xatırladaq ki, Bakının Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində yenidən sürüşmə qeydə alınıb.