Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Edi Rama “Minsk qrupunun səylərini dəstəkləyəcəyik”

9-01-2020, 15:15 Baxış: 17
Edi Rama “Minsk qrupunun səylərini dəstəkləyəcəyik”
 
Albaniyanın ATƏT-ə sədrliyi dövründə Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyəcəyik.
 
Bu barədə ATƏT-in fəaliyyətdə olan yeni sədri, Albaniyanın Baş Naziri və Xarici İşlər naziri Edi Rama ATƏT-in Daimi Şurasında çıxışı zamanı bildirib.
 
"Münaqişələrin həlli istiqamətində səylərin göstərilməsi ATƏT-ə sədrliyimiz müddətində gündəliyimizdə duran əsas məsələlərdən olacaq.
 
Xüsusilə də, Minsk qrupu həmsədrlərinin səylərini və Dnestryanı münaqişənin həlli prosesini dəstəkləyəcəyik”, - deyə E. Rama qeyd edib.
 
O vurğulayıb ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi ilk səfərini növbəti həftələrdə Ukraynaya edəcək.
Xatırladaq ki, ATƏT-ə sədrlik bu ilin yanvarında Slovakiyadan Albaniyaya keçib.