Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Özəl telekanallar növbədənkənar seçkilərlə əlaqədar ödənişli seçkiqabağı təşviqatda iştirak etməyəcək

9-01-2020, 16:52 Baxış: 12
Özəl telekanallar növbədənkənar seçkilərlə əlaqədar ödənişli seçkiqabağı təşviqatda iştirak etməyəcək
Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərdə ödənişli seçkiqabağı təşviqata qoşulacaq KİV məlum olub.
 
Mərkəzi Seçki Komissiyası saytının verdiyi məlumata görə, ödənişli seçkiqabağı təşviqatda iştirak etmək üçün 30 agentlik və sayt, 9 qəzet və 1 televiziya müraciət edərək qeydiyyatdan keçib.
 
Ödənişli təşviqatda telekanallardan yalnız İctimai Televiziya və Radio Yayımları Şirkəti iştirak edəcək.
 
Özəl telekanallar ödənişli seçkiqabağı təşviqatda iştirak etmək üçün müraciət etməyib.