Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Anjey Kaspşikin mandatı yenidən uzadılıb

9-01-2020, 16:55 Baxış: 16
Anjey Kaspşikin mandatı yenidən uzadılıb
ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, polşalı diplomat Anjey Kaspşik yenidən ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.
 
Bu barədə məlumat ATƏT-in rəsmi saytında yerləşdirilib.
 
Səfir Rudolf Miçalka da yenidən ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsinə təsdiqlənib. ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi elçisi vəzifəsinə isə Ditmir Buşati təyin edilib.
 
Bundan başqa, səfir Heidi Grau ATƏT-in fəaliyyətdə olan sədrinin Ukraynadakı və Üçtərəfli Əlaqə Qrupundakı xüsusi nümayəndəsi, səfir Tomas Mayr-Harting ATƏT-in fəaliyyətdə olan sədrinin Dnestryanı münaqişəsi üzrə xüsusi nümayəndəsi, polkovnik Sulo Mustafaraj ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun rəhbəri təyin olunub. Bu il yanvarın 1-dən ATƏT-də sədrlik Slovakiyadan Albaniyaya keçib.
 
Qeyd edək ki, Anjey Kaspşik ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsini 1997-ci ilin yanvarından icra edir.