Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Çavuşoğlu italiyalı həmkarı və Avropa İttifaqının Ali nümayəndəsi ilə telefon söhbəti edib

10-01-2020, 10:11 Baxış: 17
Çavuşoğlu italiyalı həmkarı və Avropa İttifaqının Ali nümayəndəsi ilə telefon söhbəti edib
 
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel və İtaliyanın Xarici İşlər naziri Luici Di Mayo ilə telefon söhbəti edib.
 
Türkiyə XİN-nin verdiyi xəbərə görə, telefon danışığının mövzusu Liviya olub.
 
Qeyd edək ki, yanvarın 8-də Qahirədə Fransa, İtaliya, Yunanıstan və Cənubi Kiprin baş diplomatları Misir Xarici İşlər naziri Səmih Şükrünün dəvəti ilə bir araya gəlib.
 
Görüşdə Türkiyənin Liviyaya hərbi qüvvə göndərməsi məsələsi və bu ölkədəki son durum müzakirə edilib.
 
İtaliyanın Xarici İşlər naziri Luici Di Mayo görüşdən sonra mətbuat konfransına qatılmayıb və Liviya toplantısnın yekun bəyannaməsinə imza atmaqdan imtina edib.