Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$56.64
^
XƏBƏR LENTİ

Nazim İsmayılov Bakı şəhər Baş Polis İdarəsində yeni vəzifəyə təyin olub

15-01-2020, 10:31 Baxış: 44
Nazim İsmayılov Bakı şəhər Baş Polis İdarəsində yeni vəzifəyə təyin olub
Bakı şəhər Baş Polis İdarəsində yeni təyinat olub.
 
Polis polkovniki Nazim İsmayılov Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, Bakı şəhər BPİ-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
 
Təyinatla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
 
Məlumatı Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.