Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$56.64
^
XƏBƏR LENTİ

Saatlıda bir ailənin 5 üzvü göbələkdən zəhərləndi

17-01-2020, 12:17 Baxış: 35
Saatlıda bir ailənin 5 üzvü göbələkdən zəhərləndi
 
Saatlı rayonunda zəhərlənmə hadisəsi baş verib. Hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.
 
Məlumata görə, Seyidlər kənd sakini,1974-cü il təvəllüdlü Məmmədov Əbülfəz Ağarza oğlu, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Məmmədova Xuraman Xuda qızı, övladları, 2007-ci il təvəllüdlü Əli, 2009-cu il təvəllüdlü əkiz qardaşlar Vahid və Zahid zəhərlənmə ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
 
Xəstəxanada həkimlər tərəfindən onlara ilkin tibbi yardım göstərilib. Tibb mərkəzindən verilən məlumata görə, ailə üzvlərinin vəziyyətləri stabildir.
 
Onlar göbələkdən zəhərləndiklərini bildirirlər. Faktla bağlı araşdırma aparılır.