Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Zahid Oruc parlament seçkilərinə onlayn sorğuda qalib oldu

25-01-2020, 11:10 Baxış: 1 321
Zahid Oruc parlament seçkilərinə onlayn sorğuda qalib oldu
 

9 fevral tarixində baş tutacaq növbədənkənar parlament seçkilərində böyük iştirakçılıq müşahidə edilir.
 
Altaba.az xəbər verir ki, sosial media resurslarında namizədlərin sorğuları keçirilir.
İlkin nəticələr qalib gələn namizədlərə əlavə stimul verir.
 
Belə sorğulardan biri "Real” siyasi təşkilatına aid "Bərdə Xəbər” feysbuk səhifəsində keçirilib.
 
Sözügedən səhifə moderatorları öz namizədlərinin tərəflərini tutmaqlarına baxmayaraq, Zahid Oruc rəqibinə qalib gəlib.
 
O rəqibini 52 % nisbəti ilə udub.
Bir həftəlik sorğu müddətində 2017 nəfər seçim edib.
 
    Qeyd edək ki, 18  yanvar 2020-ci il saat 10:37-də başlayan, "online" sorğu 25 yanvar 2020-ci il saat 10:37 də başa çatmişdı.